Nəsrullah iclas keçirirmiş, rəhbərlik hamısı… - Detallar

29 Sentyabr 2024 14:15

İsrail hakimiyyəti Hizbullah lideri Həsən Nəsrullahı məhv etməzdən əvvəl bir neçə ay onun harada olduğunu izləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilib ki, "Yeni sifariş" adını alan əməliyyat üçün "imkan pəncərəsi" yalnız qısa müddətə açılıb, çünki Nəsrullah tezliklə yoxa çıxa bilərdi.

Hizbullah rəhbərliyinin toplantı keçirdiyi yerə 80-ə yaxın bomba atılıb. Nəsrullahın cəsədi şənbə günü səhər hava hücumu yerində tapılıb. Hava hücumu Hizbullah rəhbərliyinin görüşü zamanı həyata keçirilib. İsrail mənbələri təşkilatın qərargahına hücum zamanı bunkerləri məhv etmək üçün güclü hava bombalarından istifadə edildiyini (GBU-28) təsdiqləyib. Hava hücumunun baş verdiyi ərazinin yaxınlığında ən azı altı bina dağılıb.

İsrail ordusu həmçinin Hizbullahın Livanın cənubundakı raket diviziyasının komandiri Məhəmməd Əli İsmayıl, onun müavini və qrupun digər yüksək rütbəli üzvlərinin öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Hizbullah hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində öldürülən lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun