İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib

29 Sentyabr 2024 12:56

İsrail ABŞ-a Hizbullahın baş katibi Həsən Nəsrullahın olduğu qərargaha zərbə endirmək niyyətləri barədə son anda məlumat verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin buna olduqca qəzəblənib.

O, həmçinin İsrailin bu hərəkətinə Vaşinqtonun hazırlaşmağa vaxtının olmadığını da deyib.

Kanala açıqlama verən mənbələrdən biri bildirib ki, ABŞ rəsmiləri israilli həmkarları ilə əlaqəni tamamilə itirsələr, Vaşinqtonun Yaxın Şərqdəki maraqları böyük zərər çəkə bilər.

Qeyd edək ki, ötən gün "Tayms of İsrail" də İsrail qırıcılarının artıq bombalamaq üçün havaya qalxandan sonra Təl-Əvivin Vaşinqtona bu barədə məlumat verdiyini yazmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun