Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq yaşayan Frida Kalonun inanılmaz həyat hekayəsi

29 Sentyabr 2024 09:55

Milli.Az xəbər verir ki, Baku TV özünü kəşf etmə prosesini rəssamlıqla birləşdirən, şəxsi təcrübələrini və mədəni kimliyini əsərlərinə daxil edən dünyaca məşhur rəssam Frida Kalo haqqında araşdırma hazırlayıb.

18 yaşlı Frida Kalo 6 sentyabr 1925-ci ildə Meksikada avtomobil qəzası keçirir və nəticədə aldığı xəsarətlərə görə uzun müddət xəstəxanada qalmalı olur.

Bu zaman Frida Kalo tənhalıqdan rəsm çəkməyə başlayır və 1927-ci ildə qəzanın nəticələrindən qismən sağalaraq rəssam olmağa qərar verir.

1929-cu ildə Frida Kalo Meksikada kommunizmin rəmzinə çevrilən və özündən 20 yaş böyük olan rəssam Dieqo Rivero ilə ailə qurur. Bir il keçməmiş Dieqo gənc həyat yoldaşına xəyanət etməyə başlayır.

1930-cu ildə Dieqo Rivero San-Fransiskoya birja binasında divar rəsmləri çəkmək üçün dəvət olunur və gənc həyat yoldaşı Frida Kalo da onunla birlikdə Amerikaya gedir.

Daha sonra cütlük Meksikaya qayıtmalı olur və bu zaman Frida Kalonun boşanmış bacısı Kristina da onlarla yaşamağa başlayır.

Bir müddət sonra Kristina və Dieqo Rivero arasında məhəbbət yaranır. Beləliklə, Frida Kalo Dieqo Riverodan yeni zərbə alır.

1937-ci ildə Stalinin əlindən qaçan və heç bir ölkə tərəfindən qəbul edilməyən inqilabçı Lev Trotski Meksikaya gəlir və Rivero Dieqo xəstəxanada olduğu üçün onu Frida Kalo qarşılayır.

Frida Kalo həyat yoldaşından intiqam almaq üçün onun pərəstiş etdiyi Lev Trotski ilə eşq macərası yaşamağa başlayır.

1944-cü ildə Frida Kalonun ayağı qanqrena səbəbindən amputasiya edilir və o, həyatdan tamamilə təngə gəlir.

1953-cü ildə Meksikada Frida Kalonun fərdi sərgisi keçirilir və səhhətinin pis olması səbəbindən onu sərgi salonuna çarpayıda gətirirlər.

Frida Kalo 1954-cü ildə 47 yaşında pnevmoniyadan vəfat edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun