50 mindən çox Livan sakini bu ölkəyə qaçdı

28 Sentyabr 2024 20:09

Hazırda 50 minə yaxın Livan sakini ölkəni tərk edərək Suriyaya qaçıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi X hesabında məlumat verib.

"Livanda yaşayan 50 mindən çox livanlı və suriyalı Suriyaya köçüb. 200 mindən çox insan Livan daxilində köçkün vəziyyətinə düşüb", - məlumatda bildirilib.

BMT nümayəndəsi ​​qeyd edib ki, Livan sakinləri İsrail ordusunun hava hücumlarından xilas olmaq üçün ölkədən qaçıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun