İsrail ordusunun Livana ağır zərbələri Baş nazir Benyamin Netanyahunun populyarlığını artırıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin "Haaretz" qəzetinin siyasi analitiki Akiva Eldar "Əl-Cəzirə" telekanalına deyib.
"İsraillilər Beyrutda hündürmərtəbəli binaların çökməsi görüntülərinə sevinirlər. Bu, yəhudilərin ən yaxşı orduya sahib olduğunu göstərir", - o bildirib.
O qeyd edib ki, Netanyahu indi İsrailin ən böyük qəhrəmanıdır:
"Netanyahu Livanda atəşkəs çağırışı edən ABŞ-ın iradəsinə boyun əymədən şimal sakinlərini (İsrailin şimalı - red.) evlərinə qaytaracaq qalib lider obrazındadır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun