"Yuventus" apellyasiya şikayəti verdi: Ronaldo ilə borc qalmaqalına görə

28 Sentyabr 2024 21:37

"Yuventus" Kriştiano Ronaldo ilə bağlı məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

"Təşkilat bu məbləği 2023/24 maliyyə ilində keçmiş futbolçuya dərhal ödəyib. Sentyabrın 26-da "Yuventus" bu qərara etiraz edərək, Turin Ədalət Məhkəməsinə, Əmək Bölməsinə müraciət edib", - deyə "Byankonerilər" bildirib.

Qeyd edək ki, məhkəmə Turin klubunun sabiq futbolçusuna 9,8 milyon avro, üstəgəl, 9% borcu olduğu barədə qərar çıxarmışdı.

Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun