Xamenei təhlükəsiz əraziyə təxliyə edildi

28 Sentyabr 2024 14:43

"Hizbullah" liderinin qətlindən sonra İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei təhlükəsiz əraziyə təxliyə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl İsrail mediası Şeyx Həsən Nəsrullahın öldürülməsi barədə informsiya paylaşıb.

O da bildirilib ki, "Hizbullah" lideri ilə əlaqə sonuncu dəfə sentyabrın 28-də yaradılıb. İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.

Hələlik "Hizbullah" öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun