Bir həftə təmiz qalması üçün döşəməni belə yuyun

28 Sentyabr 2024 23:52

Döşəmələrin yuyulması bir çox evdar qadınların gündəlik işinə çevrilib. Bir gün belə bunu etməyəndə hər yer tozlu və kirli görünür.  

Milli.Az lent.az-a istinadən bildirir ki, döşəmələrinizin azı yeddi gün təmiz qalması üçün sadə bir yol var. 

Bunun üçün nə etmək lazımdır?

Təxminən beş litr su götürün. Əllərimizin dərisinin zədələnməməsi üçün əlcəklər taxırıq. Sonra bir böyük qaşıq ammonyak tökün və qarışdırın. Bundan sonra, az miqdarda qliserin (bir çay qaşığı) əlavə edə bilərsiniz və xoş ətirli beş damcı efir yağı da tökün. 

Döşəmələri yumağa başlayırıq. Bu üsul sayəsində təmizlik uzun müddət qalacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun