UEFA “Barselona”nı cəzalandırdı

28 Sentyabr 2024 12:52

UEFA "Barselona" klubunu cəzalandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının "Monako" ilə oyununda İspaniya klubunun azarkeşlərinin nasist (irqçi) pankartı nümayiş etdirmələri olub.

UEFA Kataloniya klubunu 10 min avro cərimələyib və komandanın avrokuboklarda növbəti səfər oyununa bilet satışını qadağan edib.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasında növbəti səfər matçını noyabrın 6-da "Srvena Zvezda"ya qarşı keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun