“O, diplomat kimi deyil, daşnak erməni kilsəsinin təmsilçisi kimi danışır”

28 Sentyabr 2024 11:56

Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır. Xüsusən Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü yox, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır. Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur.

Millli.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

"Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatmaq istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar", - deyə bəyanatda qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun