Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO

28 Sentyabr 2024 18:10

Hindistanın Uttar Pradeş ştatının mərkəzində yerləşən Hatras əyalətindəki özəl məktəbin ikinci sinif şagirdi məktəb rəhbərliyi tərəfindən "təhsil ocağının çiçəklənməsi naminə" sehirli ritual həyata keçirildikdən sonra dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ailəsi okkultizmlə məşğul olan məktəb sahibi də daxil olmaqla beş nəfəri saxlayıb. Həmçinin, onun məktəb direktoru vəzifəsində işləyən oğlu və üç müəllim də həbs edilib.

"Biz beş nəfəri həbs etdik. Uşaq məktəbə firavanlıq gətirmək və gələcəyini təmin etmək üçün boğularaq öldürülüb", - Hatras polis rəisi Nipun Aqqarval bildirib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, məktəb son zamanlar maliyyə problemləri ilə üzləşib və müttəhimlər qurbanvermə mərasiminin onları həll edəcəyinə inanıblar.

Araşdırma zamanı məlum olub ki, məktəb rəhbərliyi sentyabrın 6-da başqa bir şagirdlə birgə ritualı planlaşdırıb, lakin oğlan hay-küy salaraq qaçıb. Sentyabrın 22-də məktəb direktoru və onun əlaltıları ikinci sinif şagirdini məktəb yataqxanasından çıxararaq, ritualı yerinə yetirməyə cəhd göstəriblər. Hadisə yerində ezoterik əşyalar aşkar edilib. Polis cinayətin motivinin batil inanclarla bağlı olduğunu hesab edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun