Bu ölkədə boşanmada 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

28 Sentyabr 2024 17:14

Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.

"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun