Bakıda 7 yaşlı uşağı maşın vurdu

28 Sentyabr 2024 09:17

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun