Bakıda bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı - FOTOlar

28 Sentyabr 2024 08:26

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun