Britaniyadan xəbərdarlıq: Regional müharibə baş verə bilər!

27 Sentyabr 2024 22:27

Livanda münaqişənin genişlənməsi İsrailin və Hizbullah hərəkatının maraqlarına uyğun deyil və gözlənilməz nəticələrlə böyük regional müharibə ehtimalını artırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

"Mən İsrail və Hizbullahı zorakılığı dayandırmağa və genişmiqyaslı müharibənin astanasından geri çəkilməyə çağırıram. Diplomatik həll şansı vermək üçün dərhal atəşkəs lazımdır", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun