Fransız milyarder Durova yardım edib

27 Sentyabr 2024 20:07

Fransız milyarder Xavyer Niel avqustun sonunda Fransada saxlanılan Teleqramın təsisçisi Pavel Durova yardım etdiyini deyib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  milyarder bu barədə BFM telekanalına açıqlamasında bildirib.

"Sizə bir şey deyim, həbsxanaya düşəndə, qanunla problemlərin yarananda hamı yoxa çıxır. Amma nə vaxt ki çətinliyə düşən dostum mənə zəng vurur, mən oradayam", - milyarder qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun