Manaf Ağayevin oğlu işdən çıxarıldı

27 Sentyabr 2024 18:34

Tanınmş müğənni Manaf Ağayevin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifə tutan oğlu Elçin Ağayev işindən kənarlaşdırılıb.

Milli.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Elçin Ağayev TƏBİB-in Monitorinq və Daxili Təhqiqat Departamentinin rəhbəri postunda çalışıb.

Onun vəzifəsini itirməsinə səbəb isə ölkənin Qərb bölgəsindəki tibb ocaqlarının birində baş verən qalmaqal olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun