Zurabişvili qanun imzaladı: Amma “dolayı rüşvətdir” dedi

27 Sentyabr 2024 17:55

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi "Amnistiya haqqında" qanunu imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 17-də qəbul edilmiş qanun layihəsinə əsasən, amnistiya Gürcüstanda 5 mindən çox məhbusu əhatə edəcək, onlardan mindən çoxu dərhal azadlığa buraxılacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun