"Harry Potter"in ulduzu vəfat etdi - FOTO

27 Sentyabr 2024 17:45

"Harri Potter" filmi və Downton Abbey ilə tanınan aktrisa Dame Meggie Smith vəfat edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 89 yaşında xəstəxanada vəfat edib.

Ölüm xəbərini oğulları Toby Stephens və Chris Larkin açıqlayıb:

"Dame Maggie Smith-in ölümünü böyük kədərlə elan etmək məcburiyyətindəyik"

Qeyd edək ki, Britaniya səhnəsinin və ekranının əfsanəsi olan Meggie karyerası ərzində iki Oskar qazanıb

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun