Məşhur cütlük evlənir? - AÇIQLAMA

27 Sentyabr 2024 19:49

Türkiyəli aktrisa Birce Akalay ailə quracağı ilə bağlı iddialara cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa özündən 4 yaş kiçik həmkarı Hakan Kurtaşın Parisdə ona evlilik təklif etməsi ilə bağlı yayılan məlumatları yalanlayıb:

"Təklif yoxdur. Hazırda bir-birimizi sevməyin keyfini yaşayırıq",

Qeyd edək ki, Birce son olaraq "Bir derdim var", Hakan isə "Baba" serialında rol alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun