Husilər Təl-Əvivə raket atdılar

27 Sentyabr 2024 17:17

Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qüvvələrimiz işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində hərbi hədəfə və işğal altında olan Aşkelon ərazisindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib", - paylaşımda qeyd edilib.

O bildirib ki, husilər Təl-Əvivə hücumda "Fələstin-2" ballistik raketindən, Aşkelona hücumda isə Yaffa dronundan istifadə ediblər.

Y.Sari hər iki hücumun uğurlu olduğunu iddia edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun