“Detaşe” violinoçular ansamblının konserti keçirilib - FOTO

27 Sentyabr 2024 16:43

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Detaşe" violinoçular ansamblının konserti keçirilib.

Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi, konsertmeystr Səbinə Muradovanın müşayiəti ilə dinləyicilərə zəngin proqram təqdim olunub.

Proqramda Ü.Hacıbəyli "Koroğlu" operasından 2 rəqs, A.Dadaşov "Baxvari", F.Bədəlbəyli "İthaf", A.İbrahimov-Bramo "Şuşa", Q.Qarayev "İldırımlı yollarla" baletindən "Laylay" və "Rəqs", İ.Yohov "Vivaldisayağı", İ.S.Bach "Ave Mariya", İ.Brahms "Macar rəqsi", N.Hess "Pyes", K.Bom "Daimi hərəkət", N.Rubinşteyn "Cəhrə", T.Quliyev "Sevgi valsı" və D.Şostakoviç "Vals" səslənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun