"Devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil" - Nazir

27 Sentyabr 2024 16:28

Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.

"Biz Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən bizim hesablamalar mövcud məzənnə üzərində qurulub.n.

Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Bu məsələni şərh etmək istəmirəm", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun