Naməlum uçan obyekt vuruldu: İlk FOTO

27 Sentyabr 2024 16:44

Yayılan fotoda obyektin silindrik formasını görə bilərsiniz.

Kanada hakimiyyəti ilk dəfə olaraq 2023-cü ilin fevralında əhalinin az məskunlaşdığı Yukon bölgəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 Raptor tərəfindən vurulmuş naməlum hava obyektinin (UAP #23) görüntüsünü yayımlayıb. Obyekt Şimali Amerikanın hava məkanında qısa müddət ərzində məhv edilən üç naməlum fenomendən biri olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, yayımlanan şəkil bir daha əvvəllər uçan naməlum obyekt  kimi tanınan naməlum hava obyektləri mövzusuna diqqət çəkib.

Obyekt 2023-cü il fevralın 11-də, Alyaska sahillərində 20 saylı oxşar uçan naməlum obyektin məhv edilməsindən cəmi iki gün sonra vurulub. Fevralın 12-də ABŞ-da Huron gölü üzərində daha bir obyekt vurulub.

Yayılan şəkildə obyektin silindrik formada və çox güman ki, qismən metal quruluşa malik kiçik bir şar olduğu görünür. Lakin onun təyinatı və xüsusiyyətləri barədə dəqiq məlumat hələlik açıqlanmayıb.

Maraqlıdır ki, görüntü hadisədən dərhal sonra dərc olunmağa hazır olub, lakin sonra səlahiyyətlilər lazımsız suallar və spekulyasiyalardan qorxaraq onu yaymamaq qərarına gəliblər. Cəmi 18 ay sonra sənədlər və fotoşəkillər ictimaiyyətə təqdim olunub.

İstintaq davam etsə də, ucqar ərazidə çətin qış şəraiti olduğundan dağıntıların çıxarılması əməliyyatları dayandırılıb. ABŞ prezidenti Co Bayden daha sonra bildirib ki, obyektlər çox güman ki, təhlükə yaratmır və şəxsi və ya tədqiqat balonları ola bilər. Bununla belə, məlumat çatışmazlığı bu obyektlərin təbiəti ilə bağlı müxtəlif nəzəriyyələri gücləndirməkdə davam edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun