Xocalıda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

27 Sentyabr 2024 15:28

Xocalı rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Xocalı Şəhidlər xiyabanında təşkil olunan tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçiləri, müəllim, tələbə və şagirdlər iştirak edib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Dövlət tərəfindən Vətən müharibəsində iştirak etmiş şəxslərin şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun