"Qardaşım dünyasını dəyişəndə övladının üzünü görmədi" - VİDEO

27 Sentyabr 2024 15:10

Aşıq Zülfiyyə İbadova vəfat edən qardaşından danışıb kövrəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "7 tamam" proqramında bəhs edən musiqiçi qardaşı qızının toyu olacağını deyib:

"Qardaşım dünyasını dəyişəndə övladının üzünü görmədi. Qız anasının bətnində idi, 40 mərasimindən 2 gün sonra dünyaya gəldi. Qardaşım 27 yaşında vəfat etdi. Oğlunu gördü, qızını yox. O, dünyaya gələndə deyirdik "qara qız"dır. Qız altıncı sinifdə oxuyanda gəlnimiz də vəfat etdi.

Qardaşımın ürəyində problem var idi. Bir dəfə halı pisləşdi, həkimə apardıq. Həkim dedi aparın, 2 saat ömrü qalıb. Onu maşına qoyub Tovuza göndərdik. Yolda zəng vurduq ki, maşın necə gedir, sürücü dedi oturub çay içirik. Yolda qardaşım ayılıb, çay içib. Ondan sonra 15-20 gün yaşadı. Gəlinimiz vəfat edəndə uşaqları mənə tapşırdı". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun