“8 Noyabr”da yolu keçmək istəyən piyadanı maşın vurdu

27 Sentyabr 2024 13:06

Paytaxtın Xətai rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 10:40 radələrində qeydə alınıb. 

Belə ki, sürücü Zamiq Abbasov idarə etdiyi "Toyoto" markalı avtomobillə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən piyada qismində yolu keçməyə çalışan Sahib Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun