54 yaşlı supermodel Naomi Kempbellin xeyriyyə təşkilatındakı fəaliyyəti sonlandırılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu addım onun "Fashion for Relief" təşkilatından aldığı vəsaitin yalnız kiçik bir hissəsinin əslində xeyriyyəçiliyə sərf etdiyi ortaya çıxdıqdan sonra atılıb.
"PageSix"in məlumatına görə, pul modelin şəxsi ehtiyaclarına, uçuşlarına, təhlükəsizliyinə, lüks hotellərə və spa müalicələrinə xərclənib. Belə ki, 2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər gəlirin yalnız 8,5%-i xeyriyyə işlərinə sərf edilib.
İstintaq həmçinin bildirir ki, Kempbellin həmkarı Byanka Hellmih xeyriyyə təşkilatından icazəsiz ödənişlər şəklində yüz minlərlə dollar alıb. Ona doqquz il xeyriyyə təşkilatının qəyyumluğu qadağan edilib.
Naomi özü iddialara münasibət bildirib. Modelin sözlərinə görə, o, fondun işləri ilə özü məşğul olmayıb, idarəçiliyi başqa insanlara verib:
"Xeyriyyə işlərimə nəzarət etmədiyim üçün hazırda araşdırırıq. Məsələ ilə vəkilim məşğul olacaq. İndi baş verənləri araşdırırıq, çünki etdiyim hər şey və aldığım bütün pullar xeyriyyə fonduna gedib".
Qeyd edək ki, Naomi Kempbell 2005-ci ildə sözügedən xeyriyyə təşkilatını təsis edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun