Qaraçuxurda evdən 17700 manat oğurlandı

27 Sentyabr 2024 11:23

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Qaraçuxur qəsəbəsində evlərin birindən 17700 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Mİlli.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun