İran və Ermənistan XİN rəhbərləri görüşdü

27 Sentyabr 2024 10:16

İran xarici işlər naziri Abbas Ərağçi və Ermənistan xarici işlər Ararat Mirzoyan Nyu-Yorkda görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı regional məsələləri müzakirə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun