Məşhur repçi özünü biabır etdi - Arvadım hamiləykən... - FOTO

28 Sentyabr 2024 02:02

Repçi Offset (Kiari Kendrell Sifus - əsl adı) iddia edir ki həyat yoldaşı, həmkarı Kardi Bi hamilə olarkən onu aldadıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi, əmin edir ki, onun başqa kişilərlə münasibəti artıq Kardinin uşaq dünyaya gətirdiyi vaxt baş verib.

Üstəlik, Offset bunu çox kobud şəkildə edib. Beləki o bu haqda Kardinin instaqram səhifəsində açdığı canlı yayımının şərh bölməsində yazıb. 

"İçəridə uşaqla əlaqəyə girdin, düzünü de!", - deyə Offset yazıb.

Kardi Bi keçmiş sevgilisindən geri qalmayıb və eyni şəkildə onun sözlərini demək olar ki, təsdiqləyərək "Və mən etdim!" sözlərini o, "X" sosial şəbəkəsindəki şəxsi bloqunda yazıb.

Bundan sonra cütlük arasında yaşananlar barədə xəbər yoxdur. 

Qeyd edək ki, artıq avqustun əvvəlində repçi boşandığını elan edib. Lakin bir neçə ay sonra Kardi Binin Offsentdən hamilə olduğu ortaya çıxıb. Onların üç övladı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun