Azərbaycanda toyda bədbəxt hadisə - ölən var

27 Sentyabr 2024 09:30

Göyçayda toy mərasimində ölüm hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yalman kəndində keçirilən toy mərasimi zamanı Məmmədova Qızılgül Ağamusa qızı qəfil vəfat edib.

Belə ki, Q.Məmmədova toy mərasimində istifadə edilmiş çirkli qabları yuyarkən ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun