İlk mobil telefon SSRİ-də yaranıbmış - VİDEO

27 Sentyabr 2024 09:05

Dünyada ilk mobil telefonun 1973-cü ildə ABŞ-da "Motorola" şirkəti tərəfindən deyil, 50-ci illərdə SSRİ-də yaradılıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, dünyada mobil telefonun ilk yaradıcısı sovet radiomühəndisi Leonid Kupriyanoviç hesab olunur.

Kupriyanoviç 1957-ci ilin aprelin 9-da ilk dəfə LK-1 lampa ötürücülü portativ mobil telefonun yaratdığını elan edir.
3 kq çəkisi olan ilk mobil telefonun əhatə dairəsi 20-30 kilometr olub. Telefon batareyası dəyişilmədən 30 saatadək işləyə bilirdi.

1958-ci ildə mühəndis təkmilləşdirmə apararaq 500 qramlıq LK-2, 1961-ci ildə isə 70 qramlıq LK-3 mobil telefonunu yaradır.

Qeyd edək ki, "Motorola"dan 16 il əvvəl mobil telefonu yaratmasına baxmayaraq, Kupriyanoviçin bu ixtirası hətta SSRİ-də belə tanınmadı. Bunun səbəbləri isə məlum deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun