Bütün hədəflərimizə çatana qədər... - Netanyahu

27 Sentyabr 2024 00:26

İsrail şimaldakı sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər Hizbullaha qarşı ağır zərbələr endirməyə davam edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş nazir Benyamin Netanyahu deyib.

"Siyasətimiz aydındır: Hizbullaha güclü zərbələr endirməyə davam edirik və bütün hədəflərimizə çatana qədər, öncəliklə şimaldakı sakinlərimizin qayıdışını təmin edənə kimi dayanmayacağıq", - deyə baş nazir bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun