Putinin nüvə hədəsindən danışmağa dəyməz! - Nazir

26 Sentyabr 2024 23:30

Rusiya Federasiyasının nüvə doktrinasının yenilənməsi NATO və Almaniyanın siyasətinə heç bir təsir göstərməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Bu hadisəni şərh etməyə ümumiyyətlə ehtiyac yoxdur, çünki sabah başqa bir şey olacaq", - nazir bildirib.

Pistorius bildirib ki, Qərb öz yolu ilə gedir və düzgün hesab etdiyi şeyi edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun