Peskov da Qərbi hədələdi: Nüvə doktrinası dəyişdi!

26 Sentyabr 2024 16:51

Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə doktrinasına edilən dəyişikliklərlə bağlı açıqlamaları Qərb ölkələri üçün siqnal sayılmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putinin Rusiyanın nüvə doktrinası ilə bağlı bəyanatları Qərbə siqnal sayılmalıdır", - o bildirib.

O bildirib ki, Rusiyanın nüvə potensialı bütün dünyaya yaxşı bəllidir.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun