Gələn ilin büdcə layihəsi Prezidentə təqdim olundu

26 Sentyabr 2024 16:10

"Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, büdcə zərfinə daxil olan sənəd və məlumatlar bəyənilib və "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dövlət başçısına təqdim olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun