56 ildir edam olunacağını gözləyən boksçuya bəraət VERİLDİ

29 Sentyabr 2024 13:11

Yaponiyanın Şizuoka Prefektura Məhkəməsi 1966-cı ildə müdirini, həyat yoldaşını və iki uşağını qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilən 88 yaşlı keçmiş boksçu İvao Hakamadanın işinə yenidən baxaraq ona bəraət qazandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Hakamada 1966-cı ildə həbs edilib. 20 günlük sorğu-sualdan sonra həmin şəxs qətli törətdiyini etiraf etsə də, məhkəmədə işgəncələrə məruz qaldığını deyib.

Müdafiə tərəfi işdəki sübutların uydurma olduğunu israr edib, lakin 1968-ci ilin sentyabrında Hakamada təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Hökm 1980-ci ildə təsdiqlənib.

2014-cü ildə Şizuoka məhkəməsi cinayət yerindən tapılan genetik qan materialından əldə edilən cinayətkarın DNT-sinin Hakamadanın DNT-si ilə uyğun gəlmədiyini sübut edib. Bundan sonra məhkum azadlığa buraxılıb. Lakin sonradan Tokio məhkəməsi qərarı ləğv edib. 2023-cü ildə iş Yaponiya Ali Məhkəməsinə verilib.

2011-ci ildə yaponiyalı kişi ölüm hökmündə edam edilməsini ən çox gözləyən şəxs kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun