Kamera və Orqan Musiqisi Zalının səhnəsində konsert keçirilib - FOTO

26 Sentyabr 2024 14:05

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert keçirilib.

Bədii rəhbər və baş dirijor Respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun rəhbərliyi, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Şaiq Əsədov (balaban), Əvəzxan Əzizov, Vüsal Qasımov, Rəvan Qaçayev, Gülyaz Həsənzadə (xanəndə) öz ifalarını dinləyicilərə təqdim edib.

Proqramda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Xan Şuşinski, Klaus Badelt, Astor Piazzollanın əsərləri səslənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun