Azərbaycan və Anqola arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO

26 Sentyabr 2024 09:02

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqoladan olan həmkarı Amb Tete Antonio ilə görüş keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş əsnasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının, eləcə də humanitar sahədə tərəfdaşlığın inkişaf etdirilməsi üçün daha çox imkanların araşdırılmasının zəruriliyi ifadə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun