Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

26 Sentyabr 2024 08:30

ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yeni paketə kaset bombaları, HIMARS reaktiv yaylım atəş sistemləri və artilleriya üçün döyüş sursatı, o cümlədən Javelin raketləri daxil edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun