Rusiya nüvə doktrinasını dəyişib, bu ölkələrə hücum edə bilər

26 Sentyabr 2024 00:19

Rusiya nüvə doktrinasını dəyişib və indi buraxılan pilotsuz uçuş aparatları sayəsində qeyri-nüvə ölkələrinə hücum edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin mayoru, III diversiya-hücum briqadası komandirinin müavini Maksim Jorin deyib.

"Rusiyanın nüvə doktrinasına edilən dəyişikliklər sırf şantajdır", - Jorin bildirib.

Mayor qeyd edib ki, Rusiya təhdidləri davam etdirir və hesab edir ki, məhz müttəfiqlərimizin zəifliyi səbəbindən bunu etmək hüququ var.

Onun sözlərinə görə, Qərb Rusiyanın getdikcə daha da həyasızlaşmasına imkan verir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun