Nikol öldürülə bilər, pis xəstəlik yayılacaq - Erməni ekstrasens

25 Sentyabr 2024 23:43

Ermənistan Baş naziri Nikol Paşinyanın həyatına ciddi təhlükə var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekstrasens İnara Qriqoryan "Hraparak"a müsahibəsində deyib.

O bildirib ki, Paşinyanın siyasi deyil, həyati baxımdan ən kritik günləri oktyabrda olacaq, onu öldürməyə cəhd edəcəklər:

"Bu, Paşinyanın fərqinə vardığından qat-qat böyük təhlükədir. Ümumiyyətlə, insan özünü heç bir təhlükə görmədiyi tərəfdən qorumalıdır. Söhbət bundan gedir. Təhlükə onun mövqeyində deyil, həyatındadır".

O iddia edib ki, 2025-ci ildə koronavirusa bənzər olduqca ağır bir xəstəlik olacaq:

"Koronavirusdan daha pis bir xəstəlik var ki, geniş yayıla bilər. Mən başqa millətlərin nümayəndələrini - Ermənistana daxil olan miqrantları da görürəm. Qonşu ölkələrdə hakimiyyət dəyişikliyi görürəm, bir qadın lider hakimiyyətə gələcək, iki il hakimiyyətdə olacaq, iki ildən sonra gedəcək. O, uzun müddət hökmranlıq edə bilməz, öldürüləcək".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun