XİN-dən bu şəhərə getmək istəyənlərə XƏBƏRDARLIQ

25 Sentyabr 2024 22:11

Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

[email protected] +972 54 539 77 88

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

[email protected] +961 4 922 066.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun