Livana yeni zərbələr: 51 ölü, 223 yaralı

26 Sentyabr 2024 00:39

İsrail Hərbi Hava Qüvvələrinin son sutka ərzində Livanın bir sıra bölgələrinə endirdiyi zərbələr nəticəsində ən azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad məlumat verib.

Nazir xəstəxanaların tam dolu olduğunu, tibb müəssisələrinin fövqəladə rejimdə fəaliyyət göstərdiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun