Ceyhun Bayramov Latviyanın XİN başçısı Baiba Braje ilə görüşüb - FOTO

25 Sentyabr 2024 21:43

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

Milli.Az APA-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan və Latviya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

XİN başçıları həmçinin COP29-a hazırlıq, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın sülh səylərini müzakirə ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun