Burak Özçivit Rusiyada komediya filminə çəkildi

25 Sentyabr 2024 22:52

Rusiyada çox populyar olan türkiyəli kino aktyoru Burak Özçivit  bu ölkənin istehsalı olan "Şam ağacları 11" komediya filmində çəkilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor başqa bir layihədə paralel rol aldığına görə bu filmdə cəmi 8 seriyaya çəkilə bilib.

O, serialın növbəti bölümlərində oynamaq istədiyini deyib.

Serial Tatarıstanda lentə alınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun