Yaponiya yeni superkompüter hazırlayacaq

25 Sentyabr 2024 22:01

Dünyanın ən sürətli kompüteri olan "Fuqaku"ya sahib olan Yaponiya daha bir yeniliyə imza atacaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yapon alimlər növbəti illərdə daha sürətli olan "Fuqaku Next" superkompüterini hazırlayacaqlar.

Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi yeni kompüterin istehsalına 2025-ci ildə başlanacağını açıqlayıb.

Bildirilir ki, "Fuqaku Next" 2030-cu ildə istifadəyə veriləcək və hökumət bu layihə üçün 110 milyard yapon yeni ayırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun