İran XİN Pezeşkianın açıqlamasını təkzib edib

25 Sentyabr 2024 20:35

İranın xarici işlər naziri Abbas Əraqçı prezident Məsud Pezeşkianın İsraillə münasibətlərdə gərginliyi azaltmağa hazır olmasına dair açıqlamasını təkzib edib.

Milli.Az "Azad İran"-a istinadən xəbər verir ki, "Prezident Məsud Pezeşkian heç vaxt belə bəyanatlar verməyib", - deyə iranlı diplomat vurğulayıb.

Abbas Əraqçı qeyd edib ki, İran hökuməti İsrailin Livana son hücumunu cavabsız qoymayacaq və Livanı dəstəkləyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun