Lavrov bu ölkələrə meydan oxudu - "Sizi də udacağıq"

25 Sentyabr 2024 19:02

Qərb ölkələrinin Ukraynanın əli ilə başlatdığı münaqişədə Rusiya qalib gələcək. Qərb başqa dil başa düşmür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Bizə qələbə lazımdır. Başqa bir dil başa düşmürlər. Bu qələbə əldə olunacaq, bizim heç bir şübhəmiz yoxdur", - Rusiyanın baş diplomatı bildirib.

Lavrov əlavə edib ki, Qərb ölkələri həm Rusiya, həm də beynəlxalq hüquqa qarşı olan bu müharibəni uduzacağını anlamalıdırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun